Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya səhvən öz tərəfdaşlarına aviazərbələr endirib.
Azvision.az "Associated Press"-ə istinadən xəbər verir ki, ən azı 20 nəfər ölüb.
Yəmən Təhlükəsizlik İdarəsi rəsmisinin sözlərinə görə, hadisə avqustun 8-i baş verib. Koalisiya qüvvələrinin bombardmanı nəticəsində həlak olanlar Abayan vilayətinin paytaxtı Zincibara gedirlərmiş.
Qeyd edək ki, iyulun 28-i koalisiya Yəmənin Adən şəhərində BMT-nin İnkişaf Proqramının nümayəndəliyinə aviazərbələr endirmişdi. Hadisə nəticəsində binaya ciddi ziyan dəyib, bir nəfər yaralanmışdı.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir.
Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri (şiələr) hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !