Səudiyyə Ərəbistanında Həcc ziyarətləri başlayıb

18:17 | 29.07.2020
Səudiyyə Ərəbistanında Həcc ziyarətləri başlayıb

Səudiyyə Ərəbistanında Həcc ziyarətləri başlayıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb.

Anews.az unikal.org-a istinadən  xəbər verir ki,  bu il koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən zəvvarların gəlişi qadağan edilib.

Hər il təxminən 2 milyon müsəlmanın iştirak etdiyi Həcc mərasimlərinə bu il yalnız 10 min Səudiyyə Ərəbistanı vətəndaşı qatılacaq.

Mərasim zamanı maska taxmaq və digər sanitar normalar zəruri olacaq.

2020-ci ildə Həcc mərasimi avqustun 2-dək davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb