Səudiyyə Ərəbistanından tarixi qərar

13:10 | 22.08.2015
Səudiyyə Ərəbistanından tarixi qərar

Səudiyyə Ərəbistanından tarixi qərar

Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququnun verilməsi barədə qərar qəbul edilib. 

ANS PRESS-in məlumatına görə, qadınlar dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində səs verə biləcəklər.

Səudiyyə Ərəbistanı Bələdiyyə Seçkiləri Komitəsinin açıqlamasında, ölkə daxilində min yüz altımış üç seçki məntəqəsinin 424 –nun qadınlar üçün ayrılacağını bildirib. 
Ölkədə bu gündən etibarən 14 sentiybra qədər seçki məntəqələrində qeydiyyat başlayır. 

Yekun namizədlər 29 noyabrda elan ediləcək və 10 dekabra kimi təbliğat kompaniyyası başlayacaq. 12 dekabrda isə bələdiyyə seçkilərinə star veriləcək.

Səudiyyə Ərəbistanında qadınlar 2005 və 2011-ci illərdə keçirilən bələdiyyə seçkilərində iştirak etməmişdilər. Ancaq Kral Abdullah Bin Abduləziz 25 sentiyabr 2011-ci ildə ölkə qadınlarının şəriyyət qanununlarından çıxmamaq şərti ilə 2015 -ci il həm seçici həmdə namizəd qismində iştirak etməsinə qərar verib. 

Bu qərarın ölkədə milli və dini müzakirələrə səbəb olacağı deyilsədə amma belə olmadı. Yeni Kral Salman Bin Abduləziz özündə əvvəlki kralın qərarını dəyişməyərək qadınların seçki hüququnu qüvvədə saxladı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti