Həlak olan və yaralananlar var.
Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin şərqində yerləşən iki şəhərə - Katif və Avamiyaya qoşun yeridiblər. Şiələrin yaşadığı yaşayış məntəqələrində bir neçə gündür Yəmən münaqişəsinə sünni ölkələrin müdaxiləsinə qarşı manifestlər davam edirdi, KİV bildirir.
Oxu.Az xəbər verir ki, həlak olanlar – dörd manifest iştirakçısı və Səudiyyə ordusunun kapralı Məcid Bin Turki əl-Haftanidir. Altı nəfər yaralanıb. Asayişi pozanlardan ən azı 10 nəfər həbs edilib. Nümayiş iştirakçılarından silahın da müsadirə edildiyi xəbər verilir.
Bununla yanaşı, sakinlər qeyd ediblər ki, yaralıların sayı 30-dan yuxarıdır, Avamiyanın 20 nəfərdən çox sakini isə həbs edilib. Onların sözlərinə görə, əməliyyata böyük sayda qoşun cəlb edilib, şəhərdə atışma bir neçə saat davam edib, əsgərlər isə dinc sakinlərin evlərini nizamsız atəşə tutublar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !