Səudiyyə kralı ABŞ-dan İrana hücum tələb edibmiş

14:15 | 30.07.2014
Səudiyyə kralı ABŞ-dan İrana hücum tələb edibmiş

Səudiyyə kralı ABŞ-dan İrana hücum tələb edibmiş

2006-2011-ci illərdə ABŞ-ın müdafiə naziri olmuş Robert Qeytsin “Tapşırıq” adlı xatirə kitabının bəzi hissələri nəşr olunub.
 
Axar.az xəbər verir ki, Qeytsin xatirələr kitabının “İraq müharibəsindən sonra-qlobal dünya” başlıqlı 5-ci bölməsində 2007-ci ildə Səudiyyə Ərəbistanının kralı Abdullah ilə görüşündən bəhs olunur.
 
Keçmiş Pentaqon rəhbəri bu görüşdə ABŞ-ın dövlət katibi olmuş Kondoliza Raysın da iştirak etdiyini qeyd edir.
 
Keçmiş nazir xatirələrində yazır: “Bu görüş uzun illər ərzində siyasi liderlərlə reallaşdırdığımız ən əhəmiyyətli, eyni zamanda əsəblərin tarıma çəkildiyi ən emosional görüş idi. Bunun da səbəbi Səudiyyə kralının məndən ABŞ ordusunun İrana girməsini istəməsi idi. Bu təklif təkcə İranın nüvə təhlükəsini deyil, bütün gücünü sarsıtmaq məqsədi ilə edilən təklif idi”.
 
Keçmiş nazir kitabında Səudiyyə kralı Abdullahın görüş zamanı ABŞ qarşısında şərt qoyduğunu qeyd edir. Kral hücumun reallaşmadığı təqdirdə ölkəsinin ABŞ-ın müttəfiqliyindən çıxacağını bildirib: “ABŞ hərbi əməliyyatlara başlamasa, Səudiyyə Ərəbistanı da öz maraqları naminə bundan sonra ABŞ-la razılaşdırılmamış qərarlar qəbul edəcək”.
 
Daha sonra kral sözlərinə davam edərək hazırkı durumda ABŞ-ın bölgədəki ərəb dövlətlərinin gözündə zəif olduğunu bildirir. Bu sözdən sonra əsəbiləşən Pentaqon rəsmisi “İran ABŞ və müttəfiqlərinə hücum etmədiyi təqdirdə heç bir hərbi əməliyyat olmayacaq. Belə bir əmri ABŞ prezidenti versə belə, mən istefa verərəm, ancaq bu əmri yerinə yetirmərəm”, - deyə cavab verib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM