Səudiyyə şahzadəsi krala qarşı çıxdı: Hakimiyyət dəyişməlidir

21:22 | 29.09.2015
Səudiyyə şahzadəsi krala qarşı çıxdı: Hakimiyyət dəyişməlidir

Səudiyyə şahzadəsi krala qarşı çıxdı: Hakimiyyət dəyişməlidir

Səudiyyə Ərəbistanı krallığının banisi və ilk hökmdarı Əbdül Əziz ibn Əbdürrəhman Əl Saudun nəvəsi krallıqda hakimiyyətin dəyişdirilməsi tələbi ilə çıxış edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, adının gizli saxlanılmasını istəyən şahzadə kral Salmanın hakimiyyətdən getməsi üçün 2 açıq məktub yazıb:

"Kral ölkədəki situasiyanı idarə etmək qabiliyyətində deyil. Əslində krallığı onun oğlu Məhəmməd ibn Salman idarə edir. Bununla bağlı mənim 4 ya 5 əmim bir yerə toplaşacaq və məktublarımı müzakirə edəcəklər”.
Şahzadənin sözlərinə görə, kralın dəyişməsində səudilərin "ikinci nəsli” ilə yanaşı, yerli qəbilə və klanların rəhbərləri də tərəfdar çıxır: "Onlar fikirləşir ki, hakimiyyət dəyişməsə, ölkəni fəlakət gözləyir”.  

Böyük Britaniyanın "Guardian” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi barədə müzakirələr Kəbədə kranın aşması nəticəsində 100-dən çox insanın və Mina vadisindəki sıxlıq zamanı 750-dən çox zəvvarın həyatını itirməsindən sonra aktuallaşıb.  

69 yaşlı Salman ibn Əbdül Əziz Əl Saud bu ilin yanvarında kral Abdullanın vəfatından sonra taxta sahib olub. O, buna qədər Ər-Riyadın qubernatoru və müdafiə naziri postlarını tuturdu.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM