Səudiyyə Ərəbistanında ötən həftə 9 amerikalı terror şübhəlisi kimi saxlanıb. Həmin əməliyyatda ümumilikdə 33 nəfər həbsə atılıb.
İngilisdilli Saudi Gazette yanvarın 31-də naməlum mənbəyə istinadla yazıb ki, 4 amerikalı yanvarın 25-də, beşi sonrakı günlər saxlanıblar.
ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisi məlumatdan xəbərdar olduğunu deyib, ancaq detalları açıqlamayıb.
Məlumata görə, saxlananlardan 14-ü səudiyyəli, üçü yəmənli, ikisi suriyalı, biri indoneziyalı, biri filippinli, biri Birləşmiş Ərəb Əmirliklərindən, biri fələstinli, biri qazaxıstanlıdır.
Şübhəlilərin İslam Dövləti silahlı qruplaşmasına bağlı olub-olmadığı açıqlanmır. Bu qruplaşma krallıqda bir sıra hücumlara görə məsuliyyəti üzərinə götürüb. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !