Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze son illər yaşadığı Krtsanis iqamətgahında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.
ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Eduard Şevardnadzenin köməkçisi bildirib.
Müstəqil Gürcüstanın ikinci prezidenti 87 yaşlı Eduard Şevardnadze uzun sürən xəstəlikdən sonra iyulun 7-də vəfat edib. Keçmiş prezidentin dəfn mərasimi iyulun 13-ü 15.00-a təyin olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !