Yazıçı-publisist Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Azərbaycan sovet romanının banisi, Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin ailəsində anadan olub. Tovuz şəhərində A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb.
Tələbəlik dövründə "Kökəlməyin sirri” hekayəsi almanaxda dərc olunub.
Çingiz yenidən Bakıya qayıdaraq Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi” xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfilm” kinostudiyasında ssenarist (1973-1975), "Kirpi” satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı"” redaksiyasında işləyir.
Onun həbsinə aparan yol da buradan baaşlanıb.
Məşhur müğənnilər Sevda və Elmira Ələkbərzadə bacılarının atası olan Çingiz Ələkbərzadə Sovet dövründə şərlənərək həbs olunub.
Bu barədə Oxu.Az-a Elmira Ələkbərzadə danışıb.
O, atasının müəyyən dairələrin sifarişi əsasında həbs edildiyini bildirib:
Şamaxıdan zəng edib atamdan hansısa kolxoz haqqında çəkiliş etməsini istədilər. Elə Şamaxıya gedəndə yolda dayandıqları restoranda bir neçə nəfər atamın qollarını burub apardılar. Stula asılan pençəyinin ön cibinə salfetə bükülən 400 rubl pul qoyub atamı şərlədilər. Guya atam kimdənsə rüşvət alıb.
Atam şərlənmədən öncə babam Əbülhəsən Ələkbərzadənin çap olunan kitablarından 30 min rubl pul almışdı. 30 min rubl o dövrdə bir evin pulu idi. Bu qədər pulu olan insanın 400 rubla ehtiyacı ola bilərdi? Bu qədər pulun müqabilində atamı 400 rubla görə rüşvətlə şərləyərək həbs etmələri gülünc idi. Bunun sifarişli həbs olduğunu hər kəs bilirdi. İndi azad ölkədə yaşasaq da, o vaxt heç kim öz fikrini deyə bilməzdi.
Məhkəməyə o qədər saxta şahidlər gətirmişdilər ki, heç birinin sözü üst-üstə düşmürdü: biri atamın "Jiquli”də, biri avtobusda, digəri isə "”Volqa”da gəldiyini deyirdi. Hətta atamla işləyən bir operator da məhkəmə zalında onun üzünə durur. Hadisə şahidlərinin bu cür fərqli saxta ifadələri nə dərəcədə doğru idi? Hamı bunun qurulma bir iş olduğunu bilirdi.
Qeyd edim ki, atamın əleyhinə ifadə verən şahidlərin çoxu sonradan ondan üzr istədi. Hətta atamın üzünə duran operator üzr istəmək üçün evimizə belə gəlmişdi.
Atam azadlığa qovuşduqdan sonra "Zindan” romanını yazdı. Bu əsərdə o, həbsdə keçirdiyi bütün həyatını yazıb”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !