“Sevil“ massivində işlər dayandırıldı - rəhbərlik qaçıb?

15:50 | 23.07.2014
“Sevil“ massivində işlər dayandırıldı - rəhbərlik qaçıb?

“Sevil“ massivində işlər dayandırıldı - rəhbərlik qaçıb?

Şirkətin rəhbərinin ölkədən qaçdığı iddia olunur, alıcılar təşviş içindədir.Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Sevil” MMC-də qəfil yoxlamalara başlayıb. Bir qədər əvvələ qədər KİV-lərdə davamlı şəkildə reklamı yayılan şirkətin “Sevil Massivi Yaşayış Kompleksi”ndə də tikinti işlər dayandırılıb.MMC-nin rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı, iş icraçılarının və satış menecerlərinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparıldığı da bildirilir. "Marja" iddiaları dəqiqləşdirmək üçün Aynur Zeynalovun şəxsi mobil telefonu ilə əlaqə saxlamağa cəhd etdi, lakin onun telefonu söndürülüb. Şirkətin telefonlarına da cavab verilmir."Sevil" MMC Facebook səhifəsində belə bir açıqlama yayıb:"İlk öncə bildiririk ki,"Sevil massivi" MTK dövlət tərəfindən qeydiyyatdan keçmiş və öz fəaliyyət sahəsi ilə məşğul olan şirkətdir. Hazırda "Sevil" massivində vergi yoxlamaları getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb. Məsələ həll olunur. Bu məsələ dövlətin massivimiz üzərində nəzarətinin olmasının sübutudur və bizim xeyrimizədir. Yazılanların heç bir əsası yoxdur. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər".“Sevil” MMC Facebook səhifəsində müştərilərinin təşvişinə belə bir cavab da yazıb: “Ofis 1 həftə -10 günə açılacaq, inşallah”.Qeyd edək ki, “Sevil” MMC Müşviqabad qəsəbəsi yaxınlığında (Bakı-Şamaxı şossesinin 14-cü km-də) kreditlə boş torpaq sahələri təklif edir. Həmçinin şirkət son layihəsi kimi, yaşayış binalarının tikintisini planlaşdırırdı (fins.az).ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM