“Sevil” MTK bağlandı - VİDEO

09:41 | 25.07.2014
“Sevil” MTK bağlandı - VİDEO

“Sevil” MTK bağlandı - VİDEO

Yaşayış massivinin girişində post qoyulub və içəri heç kim buraxılmır.Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Sevil” MTK-da qəfil yoxlamalara başlayıb. ANS TV xəbər verir ki, bir qədər əvvələ davamlı şəkildə reklamı yayılan şirkətin “Sevil Massivi Yaşayış Kompleksi”ndə tikinti işləri dayandırılıb. Şirkətin ofisinin qapısına vergi yoxlamaları aparıldığı üçün MTK-nın fəaliyyətinin bir müddətlik dayandırılması barədə elan vurulub. Massivdən torpaq sahəsi və mənzil alan müştərilər isə şirkətin fəaliyyətinin dayandırıldığından xəbərsizdir.Özünü şirkətin işçisi kimi təqdim edən şəxs, MTK-da yoxlamaların getdiyini təsdiqlədi.Yaşayış massivinin girişində isə post qoyulub və içəri heç kim buraxılmır. Diqqət çəkən məqamlardan biri də massivə gedən yolun sağ və sol tərəfində üzərində “Sevil” MMC və ”Sevil massivi yaşayış kompleksi” evlər təklif edir, məzmunlu reklam lövhələrinin də yığışdırılması idi. Yalnız massivə dönən yolun üstündən keçən körpünün alt hissəsində şirkətin reklam lövhəsi qalır.Mətbuatda yayılan məlumatlarda MTK rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı, iş icraçılarının və satış menecerlərinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparıldığı da vurğulanırdı. “Sevil” MTK-ya Hökməli bələdiyyəsinin balansında olan torpaq sahələrinin ayrılmasında adı hallanan Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradiyevin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılaraq sorğu-sual olunduğu, hətta vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb. Hökməli bələdiyyəsinin sədr müavini məsələdən xəbərsiz olduğunu, Mirnemət Miradiyevin səhhəti ilə bağlı məzuniyyətə çıxdığını dedi.Hökməli bələdiyyəsinin sədr müavini Xanbala Muradov söylədi ki, Mirnemət müəllim səhhəti ilə bağlı burda yoxdur.İki il əvvəl Bakının “20 Yanvar” metrostansiyasından 14 km məsafədə hər bir infrastrukturu olan torpaq sahələrinin satışına başlanılıb. Ümumi ərazisi 59 ha olan “Sevil massivi”nin nümunəvi qəsəbə olması nəzərdə tutulurdu. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti