Seyran Ohanyan: “Dilqəm Əsgərov qaytarıla bilər”

15:02 | 27.01.2015
Seyran Ohanyan: “Dilqəm Əsgərov qaytarıla bilər”

Seyran Ohanyan: “Dilqəm Əsgərov qaytarıla bilər”

Dilqəm Əsgərov məsələsi Qondarma "Dağlıq Qarabağ Respublikası” rəhbərliyi ilə müzakirə ediləcək.

ANN.Az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Dilqəm Əsgərov məsələsi ilə bağlı bəyanatı haqqında nə düşünür sualına cavab olaraq Ohanyan bəyan edib: "Məsələ "Dağlıq Qarabağ Respublikası” rəhbərliyi ilə müzakirə oluna bilər”.
 
 
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bir neçə gün öncə baş tutan mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışıb. S.Lavrov qeyd edib ki, D.Əsgərovu erməni tərəfi saxlayıb və bu məsələni Ermənistanla müzakirə edəcəklər.
 
 
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM