Martda Azərbaycanda bir zəlzələ qeydə alınıb

18:41 | 31.03.2017
Martda Azərbaycanda  bir zəlzələ qeydə alınıb

Martda Azərbaycanda bir zəlzələ qeydə alınıb

Qurban Yetirmişli: "Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”
 
"Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”.

Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O xatırladıb ki, mart ayında ölkə ərazisində hiss olunan cəmi bir zəlzələ qeydə alınıb: "Ötən ay maqnitudası 3-dən yuxarı olan bir neçə təkan qeydə alınıb ki, o da hiss olunmayıb. Həmin təkanların bir neçəsi Xəzər dənizində, biri Hacıqabulda qeydə alınıb. Bir də, Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdə maqnitudası 3.7 olan zəlzələ qeydə alınıb, həmin zəlzələnin dərinliyi az olduğu üçün hiss olunub".

Mütəxəssis qeyd edib ki, zəif, hiss olunmayan təkanlar isə hər gün olur və bu normal haldır: "Zəif təkanlar qorxulu deyil və insanlar tərəfindən hiss olunmur".

Q.Yetirmişli həmçinin qeyd edib ki, Bakı ərazində heç bir aktivlik yoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM