Şeyxdən Hacıbala Abutalıbova müraciət: O ateistdir

11:32 | 09.12.2013
Şeyxdən Hacıbala Abutalıbova müraciət: O ateistdir

Şeyxdən Hacıbala Abutalıbova müraciət: O ateistdir

Allahşükür Paşazadə Təzə Pir məscidinin giriş qapısının yerləşdiyi küçənin adının dəyişdirilməsini istəyir.SalamNews xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb.Müraciətdə deyilir ki, Təzə Pir məscidinin ərazisi ölkə başçısının sərancamı əsasından əhəmiyyətli sürətdə genişlənib. Burada Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universiteti və digər inzibati binalar tikilərək hazırda böyük kompleks təşkil edir. Dindarlarımız, şəhər sakinlərinin, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların ziyarət etdiyi bu kompleksin əsas qapısı hazırda Mustafa Sübhinin adını daşıyan küçəyə açılır. Bir müddət Rusiyada fəaliyyət göstərən peşəkar-inqilabçı ateist Mustafa Sübhinin adına bu gün nə vətəni Türkiyədə nə də Rusiyada heç bir küçə, yaxud da hansısa müəssisə yoxdur.A.Paşazadə yazıb: “Təzə Pir məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsində Nabat xanım Aşurbəyovanın adının verilməsi üçün müvafiq sərancam verməyinizi xahiş edirəm. Bu addım savab əməl olmaqla yanaşı, həmçinin dövlətimizin Azərbaycan qadınına və möminlərimizə ehtiramının bariz nümunəsi olacaq.”ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti