Şeyxi radikallara barmaq silkələdi - VİDEO

15:00 | 15.03.2014
Şeyxi radikallara barmaq silkələdi - VİDEO

Şeyxi radikallara barmaq silkələdi - VİDEO

İki gündür şimal-qərb bölgəsində səfərdə olan Hacı Allahşükür Paşazadənin bu gün baş cəkdiyi ilk məkan Şəki “Cümə məscidi” olubSuriyada gedən bu müharibələrə sonradan fərqli ölkələrdən, o cümlədən Azərbaycandan da çoxlu sayda döyüşçülər qatıldı. Azərbaycanlıların digər ölkələrdəki münaqişələrə qatılması isə ölkə içində ciddi narahatlıq yaradıb. Bu narahatlıq ölkənin dövlət adamlarından tutmuş, din xadimlərinədək hər kəsi düşündürür. Ölkənin Şimal qərb bölgəsində dindarlarla görüşən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Şəkidəki görüşü də bu məcrada olub. O, radikallara da xəbərdarlıq edib.İki gündür şimal-qərb bölgəsində səfərdə olan bütün Qafqazın Şeyxi Hacı Allahşükür paşazadənin bu gün baş cəkdiyi ilk məkan Şəki “Cümə məscidi” oldu. Bu isə təsadüfi deyildi. İndiyə qədər 200-dən çox hafizin yetişdiyi “Cümə məscidi” bölgənin əsas dini mərkəzlərindən hesab edlir. Bütün Qafqazın Şeyxi “Cümə məscidi”nə maliyyə yardımı da etdi. Müqəddəs Quranı ilk dəfə təfsir edən Fərəcullah Pişnamazzadənin də Şəkidə yaşadığını deyən Hacı Allahşükür Paşazadə bu gün də dini düzgün təbliğ etmək , insanları radikal meyillərdən çəkindirmək üçün savadlı din xadimlərinə ehtiyac olduğunu bildirdi. Şeyxülislam radikal formada dini təbliğ edənlərə qarşı birlikdə mübarizə aparımalı olduğunu söylədi. Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə: “Bəzi yerlərdə sələfi deyilən vəhabi təriqətindən çıxanlar, hətta nurçular, ya şiə eksterimisləri, ya da sünnilər, fərqi yoxdur o adamlar ki, bu gün radikal formada dini təbliğ edirsə, məzhəbindən asılı olmayaraq, biz onlara qarşı getməliyik”. Bölgədə radikal dini təriqət və cərəyanların son vaxtlar aktivləşməsi, Suriyada gedən döyüşlərdə bölgə sakinlərinin iştirakı ilə bağlı bütün Qafqazın Şeyxi bildirdi ki, bununla əlaqədar qəbul ediləcək qanunda da sərtləşmə nəzərdə tutulur. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM