Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı (VİDEO)

20:46 | 05.07.2019
Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı (VİDEO)

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı (VİDEO)

Əvvəlcə qadın 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birgə Almaniyaya qaçıb. Bu haqda məlumat əldə edən Şeyx Həyyanı oradan geri gətirmək istəsə də, Almaniya tərəfi onun bu addımına rədd cavabı verib.


Bundan sonra Həyya İngiltərəyə köçüb. İndi uşaqlarla birlikdə şahzadə Londonda 85 milyon funt dəyərində olan sarayda gizlənir.


Bundan əvvəl isə mediada Həyyanın ölkəsini bir neçə ay əvvəl tərk etməyə çalışdığı haqda informasiyalar yayılıb. Onun bu addımı atmasına səbəb Şeyxin qızı Lətifənin ölkədən qaçmağa cəhd edən zaman başına açılan oyun olub. 


Lətifə ölkədən qaçmaq üçün 7 il hazırlıqlar görüb. O, gözdən itməyə müvəffəq olsa da, son anda Lətifə ərəb xüsusi xidmət orqanları tərəfindən tutulub. Lətifənin bir neçə ay həbsxanada saxlanıldığı deyilir. Hazırda isə onun taleyi naməlumdur.

 
Şeyxin qızına qarşı etdiyi bu qorxunc əməllərindən sonra Həyya dəhşətə gəlib və özü ilə uşaqlarının eyni taleyi yaşamaması üçün ondan qaçıb. 


Qeyd edək ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub. Şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır. (oxu.az)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb