Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran Mübariz Qurbanlının quruma sədr təyin olunmasından danışıb.
AzNews.az-a açıqlama verən S. Aran M. Qurbanlının dövlət komitəsinə sədr təyin olunamsını belə dəyərləndirib: “Bu, son illərin ən düzgün və dəqiq təyinatlarından biridir. Mübariz müəllim ixtisasca politoloqdur, humanitar sahəyə yaxındır. Əminəm ki, bu sahədə də uğurlu və səmərli fəaliyyət göstərəcək. O Yeni Azərbaycan Partiyasında böyük təcrübə yolu keçib. Bu ona imkan verir ki, komitədə də kifayət qədər uğurlu və fəal çalışsın”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Qurbanlı bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !