Səyyar ASAN xidmət Ağsu və Müşfiqabadda

13:06 | 25.11.2015
Səyyar ASAN xidmət Ağsu və Müşfiqabadda

Səyyar ASAN xidmət Ağsu və Müşfiqabadda

Noyabrın 25-dən dekabrın 9-dək Səyyar ASAN xidmət Ağsu şəhərində Ağsu sakinlərinə, noyabrın 26-dan dekabrın 5-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsində Qaradağ rayonu sakinlərinə səyyar formada xidmət göstərəcək.

Bu barədə ASAN xidmətdən Oxu.Az-a bildirilib. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. 

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM