Səyyar ASAN xidmət Kürdəxanı qəsəbəsində

17:00 | 10.04.2017
Səyyar ASAN xidmət Kürdəxanı qəsəbəsində

Səyyar ASAN xidmət Kürdəxanı qəsəbəsində

Səyyar ASAN xidmət 10-19 aprel tarixində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN-dan Trend-ə verilən məlumata görə, həmçinin, səyyar avtobuslar 28 mart-26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 28 mart-11 aprel Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, 29 mart-26 aprel Salyan şəhərində, 3-22 aprel Füzuli rayonunun Horadiz şəhərində, Səyyar "ASAN qatar” isə 28 mart-11 aprel Ağstafa şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM