“ASAN xidmət”in məntəqlərin adlarını açıqladi

13:20 | 01.05.2017
“ASAN xidmət”in məntəqlərin adlarını açıqladi

“ASAN xidmət”in məntəqlərin adlarını açıqladi

Xidmətləri Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir

Səyyar ASAN xidmət 1-dən 30-dək Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar,Kürdəmirşəhərlərində, 3-dən 22-dək Abşeron rayonunun Məhəmmədi kəndində, səyyar ASAN qatar isə 3-dən 17-dək Ağdaş rayonunun Ləki qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, səyyar avtobuslar isə aprelin 17-dən mayın 16-dək Siyəzən şəhərində, aprelin 24-dən mayın 3-dək Sabunçu rayonunun Maştağa qəsəbəsində, aprelin 26-dan mayın 15-dək Beyləqan şəhərində vətəndaşlara xidməti davam etdirəcək.
 
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.
 
Xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM