• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Shell Şahdəniz qaz satış müqaviləsini qismən ENGİE-dən əldə edib

Shell Şahdəniz qaz satış müqaviləsini qismən ENGİE-dən əldə edib
10.09.2019 16:27
Shell, ENGİE, Azərbaycan Qaz Təchizatı Şirkəti və SOCAR ENGİE-yə məxsus olan Şahdəniz qaz təchizatı müqaviləsinin SHELL Energy Europe Limited-ə transfer edilməsinə dair razılıq əldə ediblər.
 
Hər iki şirkət (ENGİE və SHELL ENERGY EUROPE) daha əvvəl 2013-cü ildə imzalanmış müqaviləyə əsasən Azərbaycanın Şahdəniz yatağından qaz təchizatını təmin etmişlər. Son müqaviləyə əsasən, SHELL ENERGY EUROPE ENGİE-nin 25-illik müqaviləsini almaqla istehlakçılarının qaz təminatını əhəmiyyətli dərəcədə artırır. ENGİE Şahdənizin önəmli alıcısı olaraq qalır və özünün uzun müddətli mövqeyinin dinamik optimallaşdırılmasını həyata keçirir.
 
Sentyabrın 5-də imzalanan transfer müqaviləsi TAP layihəsinin tamamlanmasından sonra İtaliyaya qədər Azərbaycan qazının nəqlini nəzərdə tutur. 
  
ENGİE aşağı karbonlu enerji və xidmətlər göstərən aparıcı şirkətlər qrupudur. Əsas məqsədimiz sıfır-karbonlu enerjiyə keçişi üzrə dünya lideri olmaqdır. Biz əsas sahələrdə - bərpa olunan enerji, qaz və xitmətlər – peşəkarlardan istifadə edirik. 160000 işçimiz, müştərilərimiz və səhmdarlarımız ilə birlikdə inkişafın daha harmonil formasını ərsəyə gətirmək üçün çalışırıq.
Contact: [email protected]
 
Shell Energy Europe qabaqcıl qaz, elektrik və ətraf mühitə aid məhsulların Avropa marketləri üzrə təchizatı və ticarətçisidir. SHELL Trading-in bir hissəsi olaraq biz enerjinin bütün mərhələlərində - istehsal, nəql və saxlanmadan tutmuş ticarəti, satışı və müştəri xidmətlərinə qədər – aktivik.
Contact: [email protected]
 
SOCAR Azərbaycan və xaricdə əməliyyatlar həyata keçirən dövlət şirkətlərindən biridir. Şirkət neft və qaz yataqlarının kəşfiyyatı,  istehsalı, emalı, həmçinin neft, qaz və kondensat nəqlini həyata keçirir.  SOCAR həmçinin ölkə daxilində və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının ticarətini həyata keçirir. Şirkətin məqsədi əməliyyat effektivliyi, sosial və ətraf mühit üzrə məsuliyyət sahəsində qabaqcıl, təcrübəli, inteqrasiya olunmuş beynəlxalq enerji şirkəti olmaqdır.
Contact: [email protected]
 

 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol