Sibirdə son 135 ilin ən isti hava temperaturu qeydə alındı

23:00 | 23.06.2020
Sibirdə son 135 ilin ən isti hava temperaturu qeydə alındı

Sibirdə son 135 ilin ən isti hava temperaturu qeydə alındı

Rusiyanın Sibir əyalətində 1885-ci ildən bu günə qədər ən isti hava müşahidə edilib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Sibir əyalətinin şimal-şərqində yerləşən Verxoyansk şəhərində rekord hava temperaturu qeydə alınıb. Belə ki, şəhərdə istilik 1885-ci ildən bu günə qədər ilk dəfə müsbət 38 dərəcəyə çatıb. Mütəxəsssislər bu bölgənin dünyanın digər soyuq yerlərinə nisbətdə iki qat daha tez isindiyini bildiriblər.

Qeyd edək ki, Verxoyansk şəhərində hava temperaturu tez-tez mənfi 50 dərəcədən aşağı düşür. Ən soyuq hava isə 1892-ci ildə mənfi 67,8 dərəcə olaraq qeydə alınıb. İstiliyin isə bu qədər artması mütəxəssislər tərəfindən təhlükəli hal kimi dəyərləndirilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM