Mərakeşin Kasablanka şəhərindəki məscidlərin birində siçanın peyda olması nəticəsində yaranmış basırıq zamanı 80-dən çox insan xəsarət alıb.
ANN.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, xəsarət alanların çoxu qadındır.
Hadisə Qədr gecəsini keçirmək üçün məcsidə gələnlər arasında baş verib. Siçan məsciddəki qadınlardan birinin ayağının üstünə çıxdıqdan sonra çaxnaşma yaranıb. Təşviş zamanı 7 aylıq hamilə qadının ayağı sınıb. 70-dən çox qadın tibbi yardım üçün müraciət edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !