Şiddətli fırtına nəticəsində 10 nəfər öldü

11:36 | 07.12.2013
Şiddətli fırtına nəticəsində 10 nəfər öldü

Şiddətli fırtına nəticəsində 10 nəfər öldü

Avropanın müxtəlif ölkələrində şiddətli fırtına 10 nəfərin ölümünə səbəb olub. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İsveçdə öz evinin qarşısında donan yaşlı qadın və üstünə ağac düşən kişi ölüblər. Bundan başqa, İsveçin ərazi sularında üzən gəminin göyərtəsindən dənizə düşən 2 filippinli dənizçi itib.

 

Britaniya, Polşa və Danimarkada da qasırğanın səbəb olduğu ölüm halları baş verib. Şiddətli küləklə müşayiət olunan qasırğa nəticəsində elektrik xətləri qırılıb, Polşada 400 minə yaxın ev təsərrüfatı, İsveçdə 50 min insan, Almaniyada 4 min bina işıqsız qalıb.  

 

Bundan başqa, fırtına Avropanın şimalında və mərkəzində aviareyslərə də mane olub. Aviareyslər təxirə salınıb, minlərlə insan mənzil başına çata bilməyib. Şotlandiyada qatarların hərəkətində problem yaranıb. Almaniyanın Hamburq şəhəri ətrafında ağacın dəmir yoluna düşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti