Sidneydə terrorçular kafedəki onlarla insanı girov götürüb

09:53 | 15.12.2014
Sidneydə terrorçular kafedəki onlarla insanı girov götürüb

Sidneydə terrorçular kafedəki onlarla insanı girov götürüb

Avstraliyanın Sidney şəhərində naməlum silahlı şəxslər "Lindt” kafesində onlarla insanı girov götürüb.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, silahlı şəxslər Avstraliyanın baş naziri Tonni Ebbotla danışmaq istəyir, əks halda onlar kafeni partladacaqlarını bildirib.

"Lindt” kafesini ələ keçirən şəxslər orada üzərində ərəb dilində yazılar olan bayraq asıblar.
Artıq ölkə baş naziri Milli Təhlükəsizlik Komitəsinin iclasını da çağırıb.

Hələlik insident nəticəsində xəsarət alanların olmadığı bildirilir. Bəzi məlumatlara görə, hazırda hadisə yerində 13 girov şəxs var. Kafe rəsmisi isə bina ələ keçirilən zaman orada 50 nəfər qədər şəxsin ola biləcəyini vurğulayıb.

Silahlı şəxslərdən biri Sidneyin müxtəlif yerlərində dörd partlayıcı qurğunun quraşdırıldığını bildirib. Hazırda Avstraliya polisi bomba axtarışlarını həyata keçirir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti