Səudiyyə Ərəbistanının Katif dairəsinin Əvamiyə şəhərində baş verən atışma zamanı bir polis əməkdaşı ölüb, daha üç nəfər yaralanıb.
"Report” BBC-yə istinadən xəbər verir ki, hakim dairələrin məlumatına görə, Katifdə əsasən şiələr yaşayır.
Ölkənin Daxili İşlər Nazirliyinin xəbərinə görə, qanun keşikçilərinin işi şiə fəalların istifadə etdikləri sığınacaqları tapmaq olub. Və bu zaman onlara atəş açılıb.
Axtarışlar zamanı silah ehtiyatları və telekommunikasiya avadanlıqları aşkar edilib.
Səudiyyə Ərəbistanında yaşayan şiələr hakimiyyəti ayrı-seçkilikdə ittiham edirlər. Onlar hakimiyyətin bu siyasəti nəticəsində dövlət və hərbi vəzifələrdən kənarda qaldıqlarını bildirirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !