Sahibkarlığın İnkişaf Fondu tərəfindən 2024-cü ilin səkkiz ayında 3507 layihə maliyyələşdirilib. Bu barədə Fonddan bildirilib.
Bilidilib ki, bunun üçün 138,3 milyon manat güzəştli kredit ayrılıb.
Hesabat dövrüdə isə verilən kreditlər hesabına 2808 yeni iş yerinin açılmasını planlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə altı ayda 2024-cü ilin altı ayında Azərbaycanda 4,5 min iş yeri bağlanıb.
Həmçinin 2024-cü ilin altı ayında ölkədə 45,4 min yeni iş yeri açılıb. Açılan iş yerərinin 95,1%-i özəl sektorun payına düşüb.
Hazırda Azərbaycanda 218,6 min nəfər işsiz kimi qeydiyyata alınıb.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !