ANN.Az-ın oxucularından birindən redaksiyaya maraqlı şikayət daxil olub. Belə ki, evinə "Milla" südü alan Bakı sakini ondan istifadə zamanı qəribə halın şahidi olub. Məlum olub ki, qablaşdırmanın üzərində tarix yeni olsa da qutuda süd əvəzinə hansısa yaşıla çalan maye var. ANN.Az-ın əməkdaşı Fəridə Əliyeva şikayətçinin evinə gedərək video süjet hazırlayıb.Doğrudan da, "Milla" qablaşdırmasındakı maye südddən daha çox hansısa yaşıla çalan kimyəvi maddəyə oxşayıb.Məsələ ilə bağlı ANN.Az Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edərək, onun da fikirlərini öyrənib:"Əgər doğrudan da istehlakçının aldığı süd belə çıxıbsa, deməli bu məhsula qədərindən artıq inqredient qatılıb. Birmənalı şəkildə belə məhsul istehsal edilməməlidir. Çünki kimyəvi maddələr məhsulun ömrünü uzatdığı kimi, istehlakçının, alıcının da ömrünü qısaldır. Belə məhsullardan insanlar kənar olmalıdır".Daha ətraflı süjetdən izləyə bilərsiniz.
REDAKSİYADAN: İstehlakçı hüquqlarının qorunması, üzləşdikləri problemləri ictimailəşdirmək məqsədi ilə ANN.Az "Şikayətim var" adlı rubrikaya start verir. Belə problemlərlə qarşılaşdığınız halda redaksiyanın qaynar xəttinə (012 441 57 46) zəng edin.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !