Silahlı Qüvvələrdə ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri keçirilir

18:13 | 16.07.2015
Silahlı Qüvvələrdə ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri keçirilir

Silahlı Qüvvələrdə ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri keçirilir

 Silahlı Qüvvələrin qoşun növləri və qismlərində müxtəlif ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri mərhələli surətdə davam edir.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən tank, PDM, aviasiya hissələrində və artilleriya bölmələrində ayrı-ayrı və birgə məşqlər icra olunur.

Dağ və dağətəyi ərazilərdə real döyüş şəraitinə yaxın vəziyyətdə tank birləşmələrinin idarə edilməsi, manevr imkanları, ekipajların praktiki hazırlığı və artilleriya vasitələrinin şərti düşmənin canlı qüvvə və texnikasının cəmləşmə rayonlarına zərbə vurulması məqsədilə top heyətlərinin bacarıq və vərdişləri öyrədilir.

Silahlı Qüvvələrdən tərxis ediləcək həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim mərkəzlərindən hərbi hissələrə gələn şəxsi heyət silahlanmadakı döyüş və digər texnikaların istismarı, onların tətbiqi qaydaları üzrə təcrübələri ilə bölüşür ki, bu da əsgərlərin döyüş əzmini və qələbə ruhunu daha da artırır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM