Silahlı Qüvvələrdə yeni - Təyinatlar

15:27 | 29.05.2019
Silahlı Qüvvələrdə yeni - Təyinatlar

Silahlı Qüvvələrdə yeni - Təyinatlar

İranın ali rəhbəri, ali baş komandanı ayətullah Seyid Əli Xamənei silahlı qüvvələrdə yeni təyinatlarla bağlı mayın 29-da sərəncam verib.
Anews.az xəbər verir ki, məlumatı "Tasnim News” yayıb.

Bildirilib ki, Hava Hücumundan Müdafiə Qoşunlarının indiki komandanı, general-mayor Abdulrəhim Musəvi İnqilab Keşikçiləri Qvardiyasının Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı təyin olunub.
Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qüvvələrinin keçmiş komandanı, general Əlirza Sabahifərd isə yeni yaradılan İran ordusu Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı təyin olunub.

Qeyd edək ki, Abdulrəhim Musəvi 1960-cı ildə İranın Qum şəhərində anadan olub. 2005-ci ilin sentyabr ayından 2008-ci ilin avqust ayınadək İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-ci ilin avqustundan İran Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini işləyib. O, yeni təyinatadək İran ordusunda mətbuatla əlaqələr üzrə koodinator vəzifəsində işləyib.

Əlirza Sabahifərd isə 1963-cü il martın 21-də İranın Qum şəhərində anadan olub. 2011-2018-ci illərdə İnqilab Keşikçiləri Qvardiyasının Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qüvvələrinə komandanlıq edib.(report) 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb