Silahlılar Kiyevdə bank ələ keçirdi

09:00 | 13.03.2014
Silahlılar Kiyevdə bank ələ keçirdi

Silahlılar Kiyevdə bank ələ keçirdi

Bu gecə 20 nəfərə qədər naməlum silahlı Kiyevin mərkəzində yerləşən “Ukrbiznesbanka” basqın edib.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə milis qüvvələri və “Titan” xüsusi təyinatlıları cəlb edilib. Güc strukturlarının nümayəndələri ətraf yolları bağlasalar da, hələ ki heç bir tədbir görmürlər. Maydan özünümüdafiəsi və “Sağ sektor” hadisədə iştiraklarını inkar ediblər.  Daxili işlər naziri Avakov və Təhlükəsizlik xidmətinin başçısı Nalivayçenko zənglərə cavab vermirlər. Qeyd edilir ki, 2003-cü ildən etibarən “Ukrbiznesbank”-ın idarə heyətinin sədri, prezidenti və daha sonra müşaviri postunu sabiq baş nazirin müavini Sergey Arbuzov tutub. Son məlumatlara görə, danışıqlar nəticəsində silahlılar təslim olaraq bankın binasını tərk etməyə başlayıblar. Ukraynanın daxili işlər nazirliyi hadisə ilə əlaqədar hələ ki açıqlama vermir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM