Silk Way West Airlines Bakı-Los Anceles marşrutunu işə salır

23:09 | 09.08.2023
Silk Way West Airlines Bakı-Los Anceles marşrutunu işə salır

Silk Way West Airlines Bakı-Los Anceles marşrutunu işə salır

Azərbaycanın yük aviadaşıyıcısı Silk Way West Airlines MMC Bakı-Los Anceles marşrutunun açıldığını elan edib.

"Silk Way West Airlines Los-Anceles Beynəlxalq Hava Limanına həftəlik uçuşlar etməklə Amerika şəbəkəsini genişləndirir", - press-relizdə deyilir.

O qeyd edir ki, aviaşirkət bu marşrut üzrə "geniş çeşiddə tez xarab olan, qruplaşdırılan, iri ölçülü yüklər və elektron ticarət mallarını” daşıyacaq.

Silk Way West Airlines şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas bildirib ki, , "yeni marşrut yükdaşıma qabiliyyətini artırmaq və Kontinental Bölgənin qərbindəki ABŞ istiqamətlərinə tranzit vaxtını azaltmaq baxımından Qərb Sahili müştərilərimizə böyük fayda verəcək". 

2012-ci ildə Bakıda yaradılan "Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 ixtisaslaşdırılmış "Boeing 747-8F və 747-400F” təyyarələri ilə dünya üzrə hər ay yüzlərlə uçuş həyata keçirir.

Aviaşirkətin illik yük dövriyyəsi 500 min tondan artıqdır və artan marşrut şəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, Şimali və Cənubi Amerikanın 40-dan çox istiqamətini əhatə edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM