Şimali Koreya "Qanqster" adlandırdığı ABŞ-la eyni masa arxasına oturmayacağını bildirib və Obamanı müharibə ilə təhdid edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya Müdafiə Komissiyası açıqlama yayıb: "İmperialist ABŞ kimi qanqsterlər Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı hərbi strateji döyüşlərə başlayacaq əhval ruhiyədədirlər. Şimali Koreya ordusunun və xalqının buna cavabı olaraq, ABŞ-a ən acı fəlakətləri daddırmış olacaq. ABŞ ona doğru irəliləyən ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir".
Şimali Koreya lideri Kim Congun istəyi ilə ingiliscə yayımlanan açıqlamada ABŞ-la Cənubi Koreyanın ortaq hərbi təlimlərə başlayaraq, Koreya yarımadasını müharibəyə sürüklədiyi iddia edilib.
Açıqlamada bildirilir ki, ölkə rəhbərliyinin Şimali Koreyanın ideologiyasını yox etməyə və sosial sistemini devirməyə çalışan ABŞ-la müzakirə masasına oturmağa nə ehtiyacı, nə də istəyi var.
ABŞ-Şimali Koreya arasındakı pis münasibətlər ötən ay "Sony" şirkətinə haker hücumundan sonra daha da pisləşdi.
Obama yanvarın 22-də verdiyi açıqlamada Şimali Koreya rejiminin məhv edilcəyinə dair dünya ictimaiyyətinə vəd vermişdi. Bundan sonra Kim Conq ABŞ prezidnetinə sərt cavablar vermişdi və ABŞ-ın hər hansı bir döyüş vəziyyətində nüvə silahı ilə təhdid etmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !