Şimali Koreya BMT baş katibinin səfərini ləğv etdi

20:38 | 20.05.2015
Şimali Koreya BMT baş katibinin səfərini ləğv etdi

Şimali Koreya BMT baş katibinin səfərini ləğv etdi

Mayın 19-da Şimali Koreya BMT-nin baş katibi Ban Ki-moon-a səfər dəvətini geri götürüb. Bu barədə BMT rəhbərinin sözçüsü məlumat verib

"Bu səhər Koreya Demokratik Xalq Respublikasının rəhbərliyi diplomatik kanalları vasitəsilə bizi məlumatlandırıb ki, Kaesong Sənaye Kompleksinə səfərimi təxirə salır,” bunu Ban mayın 20-də Cənubi Koreya paytaxtı Seulda çıxışı zamanı deyib.

"Son dəqiqədə edilən bu dəyişikliyə görə heç bir izahat verilməyib,” deyən Ban bu addımın "dərin təəssüf” yaratdığını deyib.

Ban onu da sözlərinə əlavə edib ki, Koreyalararası münasibətlərin yaxşılaşdırılması üçün "əlindən gələni” etmək istəyir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM