Şimali Koreya lideri Kim Çen In Koreya Əmək partiyasının yaranmasının 69-cu ildönümü münasibətilə keçirilən tədbirdə görünməyib. AzNews.az xəbər verir ki, bir sıra analitiklər hazırda Koreya Xalq Demokratik Respublikasının hakimiyyətində Kim Çen Inın 27 yaşlı bacısının ola biləcəyini ehtimal edirlər. Bundan başqa, Şimali Koreya lideri həbs də oluna bilər. Xatırladaq ki, Kim Çen Inın hər iki dabanından əməliyyat olunduğu barədə məlumatlar yayılmışdı. Mütəxəssislər isə Kim Çen Inın podaqradan əziyyət çəkdiyini iddia edirdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !