Şimali Koreya lideri orduya hücuma hazırlıq əmri verdi

12:34 | 21.08.2015
Şimali Koreya lideri orduya hücuma hazırlıq əmri verdi

Şimali Koreya lideri orduya hücuma hazırlıq əmri verdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ordunun hücum üçün döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreya Mərkəzi Televiziyası məlumat yayılıb. Ordu avqustun 21-də tam döyüş hazırlığı vəziyyətinə gətirilməlidir. Qərar Koreya Əmək Partiyasının Mərkəzi Hərbi Komitəsinin iclasında qəbul edilib.
 
Şimali Koreyanın bu addımına cavab olaraq Cənubi Koreya Müdafiə Nazirliyi Pxenyana istənilən hücumun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı telefonoqram göndərib.
 
Qeyd edək ki, Şimali Koreya rəsmi Seula səsgücləndirici aparatlarla sərhəddə təbliğat aparılmasına son qoyulması ilə bağlı ultimatum göndərib. Əks halda, 48 saat ərzində qonşusuna hücum edəcəyini bildirib. Ötən gün tərəflər bir-birlərini artilleriya vasitəsilə atəşə tutublar. Cənubi Koreya hakimiyyət dairələri ərazidəki insanları təxliyyə edib və ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Rusiya XİN hadisə ilə bağlı narahatlığını ifadə edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti