ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, qadağa yeni doğulan uşaqlarla yanaşı, bu adı daha əvvəl daşıyanlara da şamil edilib. Dövlət başçısının əmri ilə həmin şəxslər adlarını dərhal dəyişməlidirlər. Koreya hökuməti bu addımın hazırki liderin ali rolunun müdafiəsini təmin etmək üçün məqsədilə atıldığını izah edib.
Həmçinin vətəndaşlara ölkə başçsının rütbələrinə də ehtiyatlı yanaşmaq tapşırılıb. Belə ki, xalq arasında "gənc general” kimi adlandırılan Kim Çen İna "Mərkəzi Hərbi Komitə sədrinin hörmətli müavini " deyə müraciət edilməsi tövsiyə olunub.
Qeyd edək ki, analoji əmr indiki dövlət başçısının atası Kim Çen İr tərəfindən 2011-ci ildə də verilmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !