Koreya XX əsrin əvvəllərindən Yaponiya idarəçiliyində olan zamandan bu yana Tokio vaxtı ilə yaşayır
Şimali Koreya ölkə ərazisində saatların 30 dəqiqə geri çəkiləcəyi barədə açıqlama verib. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. KXDR-in dövlət orqanları bunu "Yapon militarizm"inə qarşı cavab kimi dəyərləndiriblər.
Koreya XX əsrin əvvəllərindən Yaponiya idarəçiliyində olandan Tokio vaxtı ilə yaşayır.
Saatlar 15 avqust tarixində yarımadanın Yapon qoşunlarından azad olunmasının 70 illik yubileyi günü geriyə çəkiləcək.
"Pxenyan vaxtının" tətbiqi Şimali və Cənubi Koreyanın eyni meridianda yerləşməsinə baxmayaraq, müxtəlif saat qurşaqlarında yaşayacağı deməkdir.
Dünyada Hindistan, İran, Venesuela və Kanadanın Nyufaundlend adası kimi bir neçə ölkə və ərazilər var ki, onlar qonşuları ilə müqayisədə 30 dəqiqəlik vaxt fərqi ilə yaşayırlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !