Şimali Koreya tərəfindən buraxılan raket Yaponiyanın şimal-şərq bölgəsi üzərindən Sakit okean istiqamətində uçub.
anews.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, naməlum tipli raket Sunan şəhəri yaxınlığından buraxılıb.
Cənubi Koreya hərbçiləri KXDR raketinin Yaponiya üzərindən uçduğunu təsdiqləyib.
Yaponiya hökuməti əhalini ehtiyat tədbirləri görməyə çağırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !