Şimali Koreya ABŞ-ı ən gözlənilməz anda "ağlasığmaz" zərbə vuracağı ilə hədələyib.
Anews.az xəbər verir ki, bu barədə cümə axşamı Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, KMTA belə bir bəyanatı Koreya yarımadası yaxınlığındakı sularda "Ronald Reagan" aviadaşıyıcısı başda olmaqla, Cənubi Koreya və ABŞ hərbi dəniz qüvvələrinin oktyabrın 16-dan başlayaraq, həyata keçirdiyi manevrlərlə əlaqədar yayıb.
"Görünür, Birləşmiş Ştatlar bizim başlıca olaraq müəyyən etdiyimiz hədəflərini düz burnumuzun dibinə gətirməklə ağlını itirib. ABŞ nəzərə almalıdır ki, bizim zərbəmiz gözləmədikləri yerdə və zamanda vurulacaq", - deyə KMTA qeyd edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !