Şimali Koreyanın atdığı raket qızılın qiymətini 11 aylıq maksimuma çatdırıb

17:00 | 29.08.2017
Şimali Koreyanın atdığı raket qızılın qiymətini 11 aylıq maksimuma çatdırıb

Şimali Koreyanın atdığı raket qızılın qiymətini 11 aylıq maksimuma çatdırıb

Asiya ölkələrinin əsas fond birjaları ucuzlaşmağa başlayıb.

Dünya bazarında qızılın qiyməti 1 300 dollar/unsiya həddini ötüb və son 11 ayın maksimal səviyyəsinə çatıb. 

"Report" xəbər verir ki, buna səbəb Şimali Koreyanın atdığı raketin Yaponiyanın üzərindən keçərək Sakit okeana düşməsi olub. Nəticədə, qızılla bərabər risksiz maliyyə aktivi hesab olunan Yaponiya yeni də bahalaşıb.

Qeyd edək ki, dünən qızılın qiyməti 1 327,72 dollar/unsiyaya çatıb və hazırda 1 323 dollar/unsiyaya satılır. Son dəfə qızıl bu qiymətə 2016-cı ilin sentyabrın 27-də satılıb. Bununla yanaşı, Cənubi Koreya, Yaponiya və Avstraliya fond birjalarındakı səhmlərin qiyməti azalıb. Yen isə dollarla müqayisədə 1% bahalaşıb.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa bildirib ki, raketin atılması həddindən artıq təhlükəli addımdır və BMT-nin Təhlükəsizlik Şurası təcili olaraq toplanmalıdır. Cənubi Koreyanın Prezident Administrasiyası da öz növbəsində Milli Təhlükəsizlik Şurasını toplayıb.

Xatırladaq ki, Şimali Koreyanın atdığı raket 550 metr hündürlükdə uçub və 2 700 km məsafəni qət edərək Xokkaydo şəhərinin üzərindən keçib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM