Şimali və Cənubi Koreya təmsilçilərinin danışıqları artıq üçüncü günə keçib. Bu arada Cənubi Koreya prezidenti bildirib ki, Pxenyan provokasiyalara görə "aydın şəkildə üzr istəməsə”, hökumət təbliğat mesajlarını dayandırmayacaq.
Cənubi Koreyanın Yonhap agentliyi danışıqlarda irəliləyiş əlaməti olmadığını bildirir. İki Koreyanın rəsmiləri avqustun 22-dən bəri Panmunjom kəndində danışıqlar aparırlar.
Avqustun 20-də hər iki tərəfdən artilleriya atəşi açılıb. Cənubi Koreya bildirir ki, şimal qonşusu sərhəddə artilleriya bölmələrinin sayını artırıb.
Gərginlik avqustun əvvəlində güclənib, mina partlayışında Cənubi Koreyanın iki əsgəri həlak olub. Seul Pxenyanı minalar qoymaqda ittiham edib və böyük banklar üzərinə səsgücləndiricilər yerləşdirərək Şimali Koreyaya təbliğat mesajları yaymağa başlayıb.
Cənubi Koreya prezidenti Park Geun-Hye deyib ki, Pxenyan səsgücləndiricilərin susmağını istəyirsə, "aydın şəkildə üzr istəməli... və gələcək təxribatlara yol verməməlidir”. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !