Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya rəsmiləri danışıq masasına oturub.
ANN.Az aznews.az-a istinadən verdiyi xəbərə görə, danışıqlar əsasən hərbi məsələlər ətrafında olub. Bir-birinə düşmən kəsilən bu dövlətlərin belə səviyyədə görüş keçirməsi 7 ildir ki, müşahidə olunmurdu.
Tərəflərin görüşü isə sərhəd ərazisi hesab edilən Pxanmundjom yaşayış məskənində baş verib.
Görüşdə hər iki tərəfdən bir general iştirak edib.
Belə görüşün son dəfə 2007-ci ilin dekabr ayında keçirildiyi deyilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !