Simeone: "Səhv etməyə haqqımız yoxdur"

16:46 | 14.04.2014
Simeone: "Səhv etməyə haqqımız yoxdur"

Simeone: "Səhv etməyə haqqımız yoxdur"

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone dünən La Liqada "Qetafe" ilə baş tutan oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan argentinalı mütəxəssis komandasının bundan sonra səhv etmək haqqının olmadığını bildirib:

"Oyun çox çətin alındı. Ancaq futbolçular vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Artıq bu matçı unudub, qarşıdakı oyunları düşünməliyik. Bundan sonrakı bütün oyunlar final kimidir. Buna görə də səhv etmək haqqımız yoxdur".

Qeyd edək ki, səfərdə "Qetafe"yə 2:0 hesabı ilə qalib gələn "Atletiko" liderliyini davam etdirir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM