"Simptom yoxdursa, testi poliklinikanın tibb bacısı götürəcək" - VİDEO

16:27 | 30.06.2020

"Simptom yoxdursa, testi poliklinikanın tibb bacısı götürəcək" - VİDEO

"Hər hansı bir simptomu olmayan şəxsin "COVİD-19” testi ilə bağlı müraciəti zamanı sadəcə tibb bacısının evə gedib test götürməsi kifayətdir”. 

Anews.az xəbər verir ki, bu sözləri 1 saylı poliklinikanın baş həkimi Kübra Cabbarova jurnalistlərin suallarını cavablandıran zaman deyib. Bildirib ki, həmin tibb bacısı üçün maşın ayrılacaq və o, xüsusi geyimdə olacaq:

"Əgər evdə test olunacaqsa, testi edə bilən tibb bacısı gedəcək. Başqa bir şəxsin orada olması lazım deyil. Elələri var ki, test olunmayıb və onda artıq xəstəlik irəliləyib. Bu zaman həkimə də ehtiyac var. Xüsusi geyimdə həkim də həmin ünvana yollanacaq. Yox əgər heç bir simptomu yoxdursa, sadəcə tibb bacısının evə gedib test götürməsi kifayətdir”. 

Xatırladaq ki, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikalarla əlaqə saxlayacaq. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM