Misir hərbi hava qüvvələri Sinay yarımadasında silahlılara qarşı əməliyyatlar keçirib.
Əməliyyatlar zamanı silahlıların mövqeləri bombalanıb, nəticədə azı 23 silahlının zərərsizləşdirildiyi bildirilir.
Bir qədər əvvəl Şimali Sinay əyalətində İŞİD qruplaşması ilə əlaqəli olduğu bildirilən silahlıların hərbi postlara hücumlarının qarşısı alınmışdı. Əməliyyatlar nəticəsində 17-si əsgər olmaqla 117 nəfər ölmüşdü.
Hökumət əməliyyatlar fonunda terrorizmə qarşı mübarizə məqsədilə yeni qanun layihəsi qəbul edib. Qanun layihəsində təhlükəsizlik qüvvələrinin terrorizm fəaliyyətində şübhəli bilinən istənilən fərdə və ya qrupa müdaxilə etməsi üçün səlahiyyətləri artırılacaq.
Təndiqçilər belə bir qanun layihəsini ölkədə vətəndaş azadlığının və hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirsələrdə, qanunun tərəfdarları terrorizmə qarşı mübarizədə xaos dönəmində müəyyən müddət demokratik prinsiplərdən kənar durmaqda faydanın olacağını deyiblər.
Bir neçə gün əvvəl paytaxt Qahirədə ölkənin baş prokuroru Hişam Bərəkətin öldürülməsi Misirdə gərginliyin artmasına səbəb olub.//ANS
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !