Sinişa Mixayloviç yenidən xəstəxanaya yerləşdirilib

19:30 | 27.01.2020
İtaliyanın "Bolonya" futbol klubunun baş məşqçisi Sinişa Mixayloviç yenidən xəstəxanaya yerləşdirilib.


"Report"un məlumatına görə, buna səbəb onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkən serbiyalı mütəxəssisin antivirus dərmanları ilə müalicə almalı olmasıdır.


Bu prosedur onkoloji xəstəliklərdə məcburi olduğu üçün Mixayloviç yenidən xəstəxananın yolunu tutub. 50 yaşlı mütəxəssis daha öncə xəstəliyi ilə əlaqədar bir neçə kimyaterapiya kursu keçib və həmçinin sümük iliyi transplantasiyası olunub. Mixayloviçin tezliklə yenidən işinin başına dönəcəyi gözlənilir.


Qeyd edək ki, "Boloniya” ilə 2022-ci ilə qədər müqaviləsi olan Mixayloviç onda leykemiya aşkarlanandan sonra da postunda qalmağa qərar verib.     

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM