Sinoptiklərdən proqnoz: İsti hava şəraiti davam edəcək

13:00 | 18.07.2017
Sinoptiklərdən proqnoz: İsti hava şəraiti davam edəcək

Sinoptiklərdən proqnoz: İsti hava şəraiti davam edəcək

"Növbəti iki gün ərzində Azərbaycanda isti, günəşli hava şəraiti davam edəcək”.

anews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, iyul ayının 19-20-də ölkə ərazisində yağış yağması ehtimalı yoxdur: "Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 35-39-dərəcə, bölgələrdə 35-40, dağlarda isə 25-30 dərəcə arası dəyişəcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM