Siqaret bahalaşacaq

15:08 | 10.12.2014
Siqaret bahalaşacaq

Siqaret bahalaşacaq

2015-ci ildə Rusiyada siqaretin qiyməti 8-9 rubl bahalaşacaq.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya tütün şirkətlərinin nümayəndələri bildiriblər. Şirkətlər qiymətlərdəki artımın Federal vergi xidmətində tətbiq olunacaq yeni rüsumlarla bağlı olduğunu deyirlər. Tütün məhsulları üçün müəyyən olunmuş yeni aksiz rüsumları və digər xərclər qiymət artımına gətirib çıxaracaq.

İstehsalçılar aksiz vergisinin və digər xərclərin kəskin artmasına cavab olaraq istehsal olunan məhsulların qiymətlərini qaldıracaqlar. Aksiz rüsumunun gələn il üçün 11-30% arasında artacağı ehtimal olunur. Bu isə bahalaşmanın qaçılmaz olduğunu göstərir. Belə olan halda Rusiya mağazalarında 1 qutu siqaretin orta qiyməti təxminən 13% artaraq 68 rubla çatacaq.

Rusiyada bahalaşma təkcə siqaretlərin deyil, spirtli içkilərin də qiymətinə təsir edəcək. İdxal olunan içkilərin qiyməti fevral ayına qədər 20% artacaq. Yerli spirtli içkilərin qiyməti də gələn il üçün 10-15% arta bilər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM