Siqaret şirkətinin sahibi olan deputat : "Siqaretin qiymətini qaldıraq"

19:40 | 14.04.2017
Siqaret şirkətinin sahibi olan deputat :

Siqaret şirkətinin sahibi olan deputat : "Siqaretin qiymətini qaldıraq"

Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunmasını təklif edib.

R.Quliyev bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, belə siqaretlərin ziyanı çoxdur: "Belə siqaretlər filtrli siqaretlərdən 3-4 dəfə ziyandır”.

Deputat tütünlə mübarizə ilə bağlı siqaretin qiymətinin artırılmasını da təklif edib.

Qeyd edək ki, deputat siqaret "monopolisti" kimi tanınır. O, Azərbaycanda siqaretin əksər hissəsini istehsal edən "European Tobacco-Baku" ASC-nin Müşahidə Şurasının sədridir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM